Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların adı məlum oldubackend

Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların adı məlum oldu

Sabunçu rayonunda 2 avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb. Hadisə Yeni Ramana qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən 106 və 214 saylı sərnişin avtobusları toqquşub.

Nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı 106 saylı avtobusda olan yaralıların adları:

1950-ci il təvəllüdlü Məmmədova Rəna Şükür qızı;

1959-cu il təvəllüdlü Məmmədova Mülayim Tanrıverdi qızı;

1960-cı il təvəllüdlü Əliyeva Həqiqət Səməd qızı;

1966-cı il təvəllüdlü Ağayeva Təranə Sahib qızı;

1967-ci il təvəllüdlü Əhmədova Kəmalə Əjdər qızı;

1973-ci il təvəllüdlü Abbasova Yasəmən Əşrəf qızı;

1974-cü il təvəlüldlü Arixova Bahar Rəfi qızı;

55 yaşlı Novruzova Şəlalə Qüdrət qızı;

1995-ci il təvəlüdlü Əhmədova Arzu Tariyel qızı.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

R.Məmmədovaya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəsarət alan digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*