Bakıda inanılmaz hadisə – Taksidə uşaq dünyaya gəldibackend

Bakıda inanılmaz hadisə - Taksidə uşaq dünyaya gəldi

Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

KONKRET.az-ın məlumatına görə, bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib:

“Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*