Bakıda küçədən meyit tapılıb.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu “Neftçilər” metro stansiyasının yaxınlığında qeydə alınıb.
Paytaxt sakini, 54 yaşlı Tuxbatulin Nail Raulyeviç küçədə qəflətən ölüb.
Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
