Bakıda motosikletçi qəza törətdi, iki nəfər yaralandıbackend

Bakıda motosikletçi qəza törətdi, iki nəfər yaralandı

Bakıda 25 yaşlı motosikletçi qəza törədib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Rəhimov Elmin Elman oğlu idarə etdiyi motosikletlə 1956-cı il təvəllüdlü Əhmədova İradə Rafiq qızını vurub.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada İ.Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*