Bakıda kişi evinin həyətində ölü halda tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsi, Xaşaxuna bağlar sahəsində qeydə alınıb.
38 yaşlı Şakir Zakir oğlu Adnayevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil.
Araşdırma aparılır.\\Sfera.az
