Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.