Bakıda polisin xüsusi karantin rejimi qaydalarının pozulmasına qarşı tədbirləri – VİDEObackend

Bakıda polisin xüsusi karantin rejimi qaydalarının pozulmasına qarşı tədbirləri - VİDEO

Bakı şəhərində koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, “Report”un çəkiliş heyəti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakının Nizami rayonunda həyata keçirilən reydi işıqlandırıb.

Polislər tərəfindən insanlarla profilaktrik söhbətlər aparılaraq onlar nizam-intizama dəvət edilir, xüsusi karantin rejiminin tələblərinə əməl edərək “evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.

Qeyd edək ki, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 29 mart tarixindən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*