Bakıda səkini zəbt edən qanunsuz tikinti söküldü – RƏSMİ AÇIQLAMA + VİDEObackend

Bakıda səkini zəbt edən qanunsuz tikinti söküldü – RƏSMİ AÇIQLAMA + VİDEO 

Bakının mərkəzi küçələrindən birində aparılan qanunsuz tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

Dünən gecə saatlarında Nəsimi rayonu Rəsul Rza küçəsi 40 ünvanında yerləşən klinikalardan birinin önündə, səki sahəsində quraşdırılan metal konstruksiyalar sökülüb.

KONKRET.az-a bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları operativ surətdə əraziyə baxış keçirib və şəhərsalma nəzarəti qaydasında aparılan monitorinq zamanı özbaşına tikinti (təxmini 10 kv.m sahədə) faktı aşkar olunub. “Həmin konstruksiya heç bir icazəverici sənədlər olmadan qanunsuz quraşdırıldığından 24 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlarla birlikdə sökülərək, səki sakinlərin ixtiyarına verilib”, – deyə Komitə əlavə edib.

 

 

Natiq Səlim,
KONKRET.az

  • Davud
    Aprel 24, 2024 - 12:05

    Bu çoxdan olmaldır şəhərdə gəzmək olmur restaran atılar yolun ortasında qoyub millet gedib gəlməsinə misatciluq edilir . Rayonlarda bakin maqazin qabağına neşe qoyan kim polisler puldan ötür imkan vermir bunlar isə şəhərin ortasında stol nədir restaran açılar

    • Rüfət
      Aprel 24, 2024 - 17:15

      Düz deyirsən.Çox əziyyət çəkirik.Bu arada sənin yazını oxumaq da bir yandan əziyyət oldu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*