Bakıda 197 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Hərəkətdə olan avtobus hasara çırpılıb. Nəticədə hasarın bir hissəsi uçub. Nəqliyyat vasitəsi isə əzilib.
Faktla bağlı araşdırma aparılır.
