Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu – Yaralananlar varbackend

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşdu - Yaralananlar var

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

KONKRET.az xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman “KamAZ” markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*