Bakıda sürücü huşunu itirdi: Avtobus ağaca çırpıldı – Videobackend

Bakıda sürücü huşunu itirdi: Avtobus ağaca çırpıldı - Video

Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, 77 JM 499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:

“Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*