Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza direktoru Tural Heydərlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.//Pravda.az
