Bakıda yaşayış binasında yanğın oldubackend

Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə KONKRET.az FHN-ə istinadən xəbər verir.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*