Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?backend

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?

“Artıq yüksək mövsümün son ayında, məhz həmin bu ayda müştərilərin istirahətinin son ayı sayılır. Çünki sentyabr ayından etibarən ümumiyyətlə ümumtəhsil müəssisələri, institutlar açıldıqları üçün müştərilər daha çox sentyabr ayının 15-inə qədər belə planlamanı edirlər”.

KONKRET.az xəbər verir ki,bu sözləri “Yeni Sabah”a açıqlamasında Cabir Dövlətzadə bildirib. Onun fikrincə, Hazırda regionlardan ən çox gedilən yer Qəbələ və Qusar zonasıdır. Cənub zonasından da Lənkəran və Astara zonası hesab olunur:

“Amma şimal zonası daha çox üstünlük təşkil edir. Göygölə gedən, Gəncə tərəfə gedən turistlər də az deyil. Təbii ki, iyul-avqust ayından ciddi qiymət fərqləndirməsi yoxdur. Onlar sadəcə artıq insanlar sadəcə otellərdə yox, yerlərdə ev turizmindən də istifadə edirlər, evlər kirayələyib, biryataqlı, ikiyataqlı, üçyataqlı evlərdən istifadə edərək daha meqonomik büdcə ilə tətillərini başa vurmağa çalışırlar. Ama regionlarda qiymətlər heç də ucuz deyil. Ev turizmində qalanlar daha çox yeməklərdən daha uyğun şəkildə istifadəni görürlər və onun üçün daha çox ev kiralamağa üstünlük verirlər”.

Ekspert həmçinin qeyd edib ki, sentyabr ayının sonu etibarı ilə yüksək turizmin, yüksək mövsümün bitməsi gözlənilir:

“Çünki sentyabrın sonunda Formula 1 var. Bu, sentyabr ayının ən pik nöqtəsidir və həmin ayda xüsusən Formula 1 qonaqları, həvəskarları, azarkeşləri ölkəyə buyuracaqlar və olğun müddətdə də mərkəz otellərində qiymətlər ən azı 2-3 dəfə bahalaşacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*