Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldubackend

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu

Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə bu ölkənin paytaxtı Ankarada enməli olub.

KONKRET.az xəbər verir ki, “Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, “Buta Airways”in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*