“BakıKart” tətbiqindəki pullar geri qaytarılacaq? – RƏSMİ CAVABbackend

"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ CAVAB

Artıq 1 aydan çoxdur ki, “BakıKart”ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.

KONKRET.az xəbər verir ki, BAKU.WS bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlayıb. Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı prosesin davam edir:

“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq”.

  • Elçin
    Sentyabr 13, 2024 - 08:20

    Salam bank kartı ilə ödəniş olsa daha yaxşı olar

  • Şərif
    Sentyabr 13, 2024 - 13:41

    Tətbiq işə düşməyi qiyamətə qaldı deyəsən. Nooldu bu dızqax bakıkart tətbiqinə? Böyük baklarda belə bu cür problem yaşanmır, bu bakıkart nəyaman məttah oldu belə? Niyə işə salmaq istəmirsiniz? Dədiniz nədir? Niyə nağıl danışırsız bu xalqa? İşlər gedir, deyib durursunuz, bir aydan çox vaxt keçib tətbiqin işləməməsindən, fikriniz nədir axı? Deyin, xalq da işini bilsin, işləyəcəksə, niyə işə salmırsınız? İşləməyəcəksə heç işləyən günü olmasın, bakıkartın da, sizin də? Dolamısınız bu xalqı. Onsuz problemlər baş yarır, bir tərəfdən də sizin bakıkart, az əsəblərinnən oynayın camaatın, adam balasısınız, bəsdirin.

    • Ramiz
      Sentyabr 13, 2024 - 21:43

      Bu qurumun rəhbərləri niyə susurlar.Nə zaman işləyəcək bu tətbiq?

  • Nəzakət
    Sentyabr 14, 2024 - 13:13

    ABB kartları ilə ilə bakıkarta pul vuranda əvvəl hər 50 qəpiyə 10 qəpik kəşbək qayıdırdı,indi mobil app işləmir,millətə nə xeyirlidirsə onun kökünü kəsirlər.

  • Nuriyə
    Sentyabr 14, 2024 - 13:14

    Əvvəl Abb kartları ilə bakıkarta pul vuranda hər 50 qəpiyə 10 qəpik kəşbək qayıdırdı, indi mobil app işləmir, millətə nə xeyirlidirsə onun kökünü kəsirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*