“Bakıya ermənilər gəlib!” təəssüratını yaradanlar saxlanıldıbackend

"Bakıya ermənilər gəlib!" təəssüratını yaradanlar saxlanıldı

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*