Banklar kredit borclarını bağışlamayacaq: “Əmanətə xəyanət etməyin”backend

Banklar kredit borclarını bağışlamayacaq: "Əmanətə xəyanət etməyin"

Pandemiya ilə əlaqədar iş yerlərinin bağlanması maaşlara və bu da öz növbəsində banklara olan borcun qaytarılmasına təsir etdi. İnsanların bir çoxu bank güzəştlərinin ediləcəyini ümidlə gözləsələr dəyalnız bir neçə bank gecikdirmələrə görə cərimələrin tətbiq edilməyəcəyini bəyan etdi.

Dünən Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev bəyan etdi ki, banklar kreditləri bağışlamaq imkanına malik deyillər.

Üstəlik, Zakir Nuriyev əhalini borclarına sadiq olmağa, əmanətə xəyanət etməməyə çağırıb:

“Biz bu əmanətlər üçün öz əmanətçilərimizin qarşısında cavabdehik. Bizim borcalanlarımız daima nəzərə almalıdırlar ki, banklarda olan vəsaitlər digər banka əmanətini etibar etmiş insanlarındır. Azərbaycanda ən böyük məsələlərdən biri də əmanətə xəyanət anlayışıdır. Banklar və bu borcu almış insanlarımız heç bir şəkildə bu əmanətə, alınmış borclara qarşı bu cür münasibət nümayiş etdirməməlidir”.

Z.Nuriyevin sözlərinə görə, hazırda Azərbaycanın bank sektorunda 8,6 milyard manat əmanət cəmləşib./bizimyol.info/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*