Baqrat Qalstanyan Paşinyana səsləndi: “Yalançı, sülh sənədini dərc et”backend

Baqrat Qalstanyan Paşinyana səsləndi: “Yalançı, sülh sənədini dərc et”

“Yalançı, sənədi dərc et. Nəhayət, bu sülh müqaviləsi deyilən şeyin nə olduğunu açıqlayacaqsan?”.

KONKRET.az xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyana xitabən martın 17-də jurnalistlərlə söhbətində “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan səsləndirib.

Onun sözlərinə görə, hakimiyyət bütün məsələlərdə yalan danışır:

“Mən dünyada vətəndaşları əsirlikdə olan, rəhbərləri heç nə etməyən başqa bir dövlət təsəvvür edə bilmirəm. Bizdə məlumat var ki, yalançı bu müqavilə ilə bağlı xalqa müraciət etmək niyyətindədir”.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*