backend

Baş Nazir: "Dövlət xidmətlərinin 90%-i internet vasitəsi ilə əlçatan olmalıdır"

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna hökumətin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər Qazaxıstan hökumətinin iclasında “elektron hökumətin” inkişafı və əhalinin rəqəmsal savadının artırılması məsələlərinə baxılıb.

Hazırda dövlət xidmətləri reyestrinə 723 xidmət daxildir ki, onlardan 580 xidmət və ya 80%-i elektron formatda həyata keçirilir. Xidmətlərin 648-i və ya 89,6%-i “Vətəndaşlar üçün Hökumət” Dövlət Korporasiyası vasitəsilə göstərilir. Yerdə qalan 143 xidmət və ya 19,8% hələ də yalnız kağız formatında mövcuddur. 182 dövlət xidmətində iş prosesləri optimallaşdırılıb, sənədlərin orta sayı 30%, yəni 6-dan 4-ə endirilib, xidmətlərin orta görstəilmə müddəti isə 3 dəfə, yəni 31 gündən 10 günə qədər endirilib. 2018-ci illə müqayisədə kompozit dövlət xidmətlərinin sayı iki dəfə artıb.

Bu ilin ilk 10 ayının nəticələrinə görə, eGov portalında 10 milyondan çox istifadəçi qeydiyyata alınıb, 36,5 milyon xidmət göstərilib (2018-ci ildə – 27,5 milyon xidmət). Bu ilin sonunadək 31 xidmətin yer aldığı yeni “eGov mobile” mobil tətbiqi də hazırlanıb. İlin sonunadək daha 32 xidmət mobil tətbiqə əlavə olunacaq.

Hökumət başçısı Əsgər Mamin mobil qurğular vasitəsilə əhaliyə göstərilən dövlət xidmətlərinin siyahısını genişləndirmək üçün işlərin sürətləndirilməsini tapşırıb: “İlin sonunadək onsuz da dövlət xidmətlərinin 80%-i internet vasitəsilə əhaliyə təqdim ediləcək. Gələn ilin sonunadək bu rəqəmi 90%-ə çatdırmaq vəzifəsi ilə üz-üzəyik. Amma bu gün eGov mobil tətbiqində yalnız 31 dövlət xidməti yer alıb, yəni cəmi 4%-ə yaxın xidmət mövcuddur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*