Baş nazir “kupça”ya dair qərar imzaladıbackend

Baş nazir “kupça”ya dair qərar imzaladı

Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

  • Səbuhi
    Fevral 17, 2026 - 20:59

    Nə olar cənab baş nazir bizim də veteran sənədlərini imzalasın 3ildir gözümüz yoldadi

  • Quliyev
    Fevral 17, 2026 - 21:00

    Nə olar baş nazir bizim də veteran sənədlərini imzalasın.

  • Cabir
    Fevral 18, 2026 - 16:49

    Mən Abşeron rayonu Xırdalan şəhırində AAAF park yaşayış masivində bina evində mənzil almışam,artıq 5 il keçməsinə baxmayaraq kupc a verilmir.Bununla bağlı hara müraciət etməliyəm,və mənə nə kimi köməklik göstərilə bilər?

  • Behruz
    Fevral 19, 2026 - 08:43

    Bəs bu sənədsiz evləri niyə kupça yla təmin etmirlər Şüvəlan Qres ərazisini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*