Baş Nazirdən YENİ QƏRARbackend

Baş Nazirdən YENİ QƏRAR

Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarla təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edib.

KONKRET.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu bundan sonra “Dövlət Turizm Agentliyi”nin tabeliyidə fəaliyyət göstərəcək.
Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*