Baş nazirin qardaşı meşə sahələrini icarəyə götürüb və istirahət zonası tikir – QALMAQALbackend

Baş nazirin qardaşı meşə sahələrini icarəyə götürüb və istirahət zonası tikir - QALMAQAL

Baş nazir Nikol Paşinyanın qardaşı Artak Paşinyan Tavuşda 0,7 ha meşə sahəsini icarəyə götürüb və istirahət zonası tikir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Artak Paşinyan sentyabr ayında meşə təsərrüfatında icarəyə götürdüyü ərazilərdən biri 0,5 ha-dır. Bunun üçün illik 240 min dram icarə haqqı müəyyən edilib, ikincisi daha kiçikdir – 0,2 ha. Artak Paşinyan həmin ərazi üçün 103,2 min dram ödəməlidir.

Xatırladaq ki, “Hetq” nəşri 2019-cu ilə kimi Ermənistan meşələrinin icarədarlarını araşdırıb və müəyyən edib ki, onların əksəriyyəti məmurlar, onlara aidiyyəti olan şəxslər və ya şirkətlər və ictimaiyyətə az-çox tanınan şəxslərdir.

Artak Paşinyan istirahət zonası təşkil etmək üçün bu meşə sahələrini 20 il müddətinə icarəyə götürüb. Həmin ərazilər üzrə tender elan edilib və Artak Paşinyanla tenderdə elan edilən başlanğıc qiymətlə müqavilələr imzalanıb.

Erməni mediası Kadastr Komitəsinin xəritəsini Google xəritəsi ilə müqayisə edərək, Artak Paşinyanın icarəyə götürdüyü ərazinin Yenokavan kəndindən yuxarıda olduğunu öyrənə bilib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*