“Bavariya”nın fransalı futbolçusu PSJ-yə keçdibackend

“Bavariya”nın fransalı futbolçusu PSJ-yə keçdi

Almaniyanın “Bavariya” klubunun futbolçusu Lukas Ernandes karyerasını vətəni Fransada davam etdirəcək.

KONKRET.az-ın xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı müdafiəçi PSJ ilə anlaşıb.

Bundesliqa çempionu oyunçusuna tibbi müayinədən keçmək üçün Parisə yollanmaq icazəsi verib. Ernandes PSJ ilə 3+1 illik şəxsi müqaviləyəni də razılaşdırıb. Paris təmsilçisinin keçid müqabilində münhenlilərə 47 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, Lukas Ernandes 2022/2023 mövsümündə “Bavariya”nın heyətində cəmi 7 oyun keçirib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*