ABŞ və Rusiya prezidentlərinin İsveçrənin Cenevrə şəhərində baş tutacaq görüşündə Qarabağ məsələsi də müzakirə ediləcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Uşakovun sözlərinə görə, Co Bayden və Vladimir Putin eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.
Prezidentlər həmçinin Ukrayna, Yaxın Şərq, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı ətrafında vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.
