Baydenin çıxışını bitirdikdən sonra etdikləri hamını TƏƏCCÜBLƏNDİRDİ – VİDEObackend

Baydenin çıxışını bitirdikdən sonra etdikləri hamını TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Baydenin vəziyyəti həqiqətən yaxşı deyil. Zaman-zaman kobud səhvləri və qəribə davranışları ilə gündəmə gələn Bayden dünənki çıxışını bitirmə tərzi ilə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Bayden dünən qatıldığı proqramda tribunaya çıxıb və çıxış edib. Baydenin çıxışını bitirdikdən sonra etdikləri hamını təəccübləndirib. ABŞ Prezidenti səhnədən düşmək üçün əvvəlcə bir neçə addım atıb, daha sonra dayanıb və tribunaya qayıdıb.

Həmin anları zaldakılar təəccüblə izləyiblər. Aparıcı Baydenə təşəkkür etdikdən sonra proqram başa çatıb.

Həmin görüntülər sosial şəbəkədə gündəm olub.

Xatırladaq ki, Bayden əvvəllər də oxşar hərəkətlər edib. ABŞ Prezidenti proqramdakı çıxışından sonra arxasına dönüb əl sıxmaq istədiyi birini axtarıb. Amma səhnədə başqa heç kim olmayıb. Boşluqla ilə əl sıxan Bayden daha sonra heç nə demədən səhnəni tərk edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*