Bayram günlərində qəzaların sayı niyə artır? — AÇIQLAMAbackend

Bayram günlərində qəzaların sayı niyə artır? - AÇIQLAMA

Bayram günləri yollarda hərəkətin intensivliyi artır, insanlar daha çox səfərə çıxır və bu da yol-nəqliyyat hadisələrinin sayına təsir göstərir. Xüsusilə şəhərlərarası magistrallarda avtomobil axınının çoxalması sürücülərdən daha diqqətli olmağı tələb edir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bayram günlərində sürət həddi, ən yaxşı halda, yolların boş olması ilə əlaqədar daha sərbəst olur:

“Hərəkət intensivliyi aşağı düşdüyü üçün ümumi axın açıq xarakter daşıyır. Yəni sürücülər daha sərbəst hərəkət edir, istədikləri sürətlə müxtəlif istiqamətlər üzrə yol qət edirlər. Bu baxımdan, şəhər mühitinə öyrəşmiş sürücülər üçün bayram günləri yollar daha rahat və “ideal yol şəraiti” kimi qiymətləndirilə bilər.

Qəzaların artmasında əsas səbəb şəhər yollarında nəqliyyat axınının xeyli azalmasıdır. Magistral yollarda, eləcə də rayon və bölgələr üzrə istiqamətlərdə tıxac demək olar ki, müşahidə olunmur. Nəticədə tıxacın yaratdığı məhdudiyyətlər aradan qalxır və hərəkət daha sərbəst olur. Bu da öz növbəsində sürücülərin daha yüksək sürətlə hərəkət etməsinə şərait yaradır və qəza riskinin artmasına səbəb ola bilər.

Başlıca amillərdən biri məhz hərəkət sərbəstliyinin artmasıdır. Bu, trayektoriyanın daha rahat müəyyən edilməsinə imkan yaradır və tıxacın əsas formalaşma səbəblərindən birini aradan qaldırır. Analitik yanaşma və statistik göstəricilər də göstərir ki, bayram günlərində yol hərəkəti daha dinamik və sərbəst xarakter daşıyır”,- deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*