Bazarda yerli kartof niyə azdır? – VİDEObackend

Bazarda yerli kartof niyə azdır? - VİDEO

Hazırda bazarda yerli kartof qıtlığı yaşanır.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Bakının 8-ci kilometr bazarında kartofun kiloqramı 60 qəpik – 1 manat 20 qəpik arasında dəyişir.

Satıcılar isə yerli məhsulun qıt olduğunu deyirlər. Onlar bildirir ki, bölgələrdə bu il məhsul daha bol olsa da daşınma xərclərinə görə şəhərə az gətirilir. Xaricdən gətirilən kartofun ötən illə müqayisədə bu il 20 qəpik bahalandığını deyən satıcılar bildirir ki, yerli məhsula təlabat həmişə çoxdur.

Satıcılar deyir ki, əgər xaricdən gətirilən məhsul olmasa yerli bazarda qiymət daha baha olar.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*