BDU-nun kollecində nə baş verir? – “Nə avadanlığı geri götürür, nə də icarə haqqı ödəyir”backend

BDU-nun kollecində nə baş verir? - “Nə avadanlığı geri götürür, nə də icarə haqqı ödəyir”

“Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalandakı özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir”.

KONKRET.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, kollecin yeni rəhbərliyi nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir:

“Kolleci su basanda keçmiş rəhbərliyi anbar sahibindən xahiş edib ki, müvəqqəti həmin avadanlıq anbarda yerləşdirilsin. Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Keçmiş rəhbərliyinin Elm və Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə, müraciət edək bizə bağışlasın?

Əlbəttə, əgər BDU, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, maraqlansınlar görək dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir…”

Xatırlatma: Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) 11 iyul 2020-ci ildə yaradılıb və publik hüquqi şəxs statusuna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*