Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Qeyd edək ki, Leyla Gərayzadə 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1964-1971-ci illərdə BDU-nun Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub. 1989-cu ildə “Sergey Vasilyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb./report

