Belarus ABŞ-a səfir göndərəcək – 12 ildən sonrabackend

Belarus ABŞ-a səfir göndərəcək - 12 ildən sonra

Belarus yaxın bir neçə ay ərzində ABŞ-da öz səfirini təyin edəcək.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bu bəyanatla Belarusun Xarici İşlər naziri Vladimir Makey çıxış edib. Onun sözlərinə görə, ölkəsi hələlik ABŞ tərəfindən rəsmi nümayəndəsini Minskə göndərmək barədə sorğu almayıb. Müvafiq bəyanat ABŞ-ın dövlət katibi Mayk Pompeonun Belarus paytaxtına səfərindən sonra səsləndirilib. Xatırladaq ki, 2006-cı ildə ABŞ bir neçə Belarus vətəndaşına və təşkilatına insan hüquqlarının pozulması və demokratik institutların sarsıdılması ittihamı ilə sanksiyalar tətbiq edib. 2008-ci ildə tərəflər öz səfirlərini qarşılıqlı olaraq geri çağırıb və diplomatik missiyaların ştatlarını ixtisara salıblar. O vaxtdan bəri səfirliklərə müvəqqəti işlər vəkilləri rəhbərlik edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*