Belarusda səfərbərlik barədə qərar QƏBUL EDİLDİ – Mediabackend

Belarusda səfərbərlik barədə qərar QƏBUL EDİLDİ - Media

Belarusda səfərbərlik barədə qərar qəbul edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Naşa Niva” nəşri anonim mənbələrə istinadən xəbər verir. Lukaşenko döyüş hissələrini yenidən təchiz etmək üçün Belarusda gizli səfərbərlik həyata keçirmək qərarına gəlib.

Səfərbərlik döyüş hazırlığının yoxlanılması və xalq arasında “partizan toplama” kimi tanınan təlim düşərgələrinə hərbi xidmətə çağırış adı altında baş tutacaq.

Jurnalistlərin öyrəndiyi kimi, ilk mərhələdə kənd əhalisi arasından kişilər çağırılacaq.

Belarus Silahlı Qüvvələrinin zabiti “Naşa Niva”-ya bildirib ki, 2000-ə qədər adamın xüsusi döyüş tapşırıqları üçün cəlb edilməsi nəzərdə tutulur.

Nəşrin anonim həmsöhbəti qeyd edir ki, səfərbər olunanların sayı beş mini keçərsə, həyəcan təbili çalınmalıdır.

“Bu, hansısa istiqamətdə zərbə qüvvəsinin yaradılması demək olacaq. Əgər 10 mini keçərsə, bir neçə qrup olacaq”, -deyə həmsöhbət əlavə edir.

Bir gün əvvəl Lukaşenko ölkədə “antiterror” əməliyyat rejimi tətbiq edib. Bundan əlavə, Belarus lideri Putinlə “İttifaq dövlətini müdafiə etmək” üçün müştərək qoşunlar qrupunun yerləşdirilməsi barədə razılığa gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*