Belçikada gənclər qumara qurşanır – Hökumət hərəkətə keçdibackend

Belçikada gənclər qumara qurşanır - Hökumət hərəkətə keçdi

Belçikada gənclər arasında qumar oynayanlarının sayının artmasına görə hökumət qumar reklamlarını qadağan etməyi planlaşdırır.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, Belçikada ilin sonundan etibarən qumar oyunları ilə məşğul olan şirkətlərin radio və televiziyada, sosial şəbəkələrdə, qəzetlərdə və küçə lövhələrində reklam verməsinə icazə verilməyəcək.

Belçikanın ədliyyə naziri Vincent Van Qvikbörnün məlumatına görə, koronavirus pandemiyası zamanı qumar oynayanların sayı kəskin artıb. Bu artım xüsusilə gənclər arasında müşahidə edilir. Belçikada gənclər arasında qumar oynama nisbəti 43 faizə çatıb.

Belçikalı nazir vurğulayıb ki, beynəlxalq araşdırmalara görə, qumar şirkətləri qazanclarının təxminən 40 faizini qumar aludəçisi olan insanlardan əldə edir.

“Qurbanların qarşısını almaq üçün fərmanı hazırlanıb. İlin sonundan etibarən qumar və mərc oyun şirkətlərinin reklamları tamamilə qadağan ediləcək”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*