Belqorodda hərbi poliqonda TERROR AKTI – 11 nəfər öldü, 15 nəfər yaralandıbackend

Belqorodda hərbi poliqonda TERROR AKTI - 11 nəfər öldü, 15 nəfər yaralandı

Belqorod vilayətində təlim poliqonunda terror aktı törədilib.

KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 15-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

11 nəfər ölüb, 15 nəfər yaralanıb. Poliqondakı yanğın könüllülərin iştirakı ilə keçirilən atəş təlimi zamanı açılıb.

“Oktyabrın 15-də MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədib.

Xüsusi hərbi əməliyyatda könüllü iştirak etmək arzusunu bildirən şəxslərlə atəş hazırlığı təlimlərinin keçirilməsi zamanı terrorçular bölmənin şəxsi heyətinə atıcı silahlardan atəş açıblar.

Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb və onlara bütün lazımi yardımlar göstərilir.

İki terrorçu cavab atəşi ilə öldürülüb.

Hücum yerində hüquq-mühafizə orqanları işləyir”, – məlumatda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

  • Aslan
    Oktyabr 16, 2022 - 04:20

    Buna terror aktı demək sizin kimin tərəfində olduğunuzu göstərir, Azərbaycan’da bütün medya organları hökümət tərəfindən satın alınıb, hamınız bir istiqamətdən direktif alırsınız, ya təhditlə ya da pulla satın alınıb müstəqil medya organları, dolayısıyla satın alınmış medya qurumları da rus yanlısı, tərəfdarıdır. Oxu.az olsun diyər xəbər portalları olsun bütün xəbərlər nöqtəsinə qədər eynidir. Sizi

  • Aslan
    Oktyabr 16, 2022 - 04:24

    Sizi də anlayıram, müstəqil media olmayı siz də istəyərsiniz ama hökümət və mərkəzi medya qurumu sizi özünə tabe edib, onun istəkləri doğrultusunda hərəkət edirsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*