Bərdə sakini dəmandan zəhərləndibackend

Bərdə sakini dəmandan zəhərləndi

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.

KONKRET.az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Budaqova Hava Zakir qızı diş ağrısına qarşı ağrıkəsici dərman qəbul edib. Bir qədər keçdikdən sonra onun zəhərləndiyi məlum olub. Xəstə dərhal Bərdə rayon Təcili Tibbi Yardım briqadası tərəfindən Mərkəzi Xəstəxanada reanimasya şöbəsinə yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*