“Beynəlxalq Radio infomasiya cəhbəsində daha da fəal olmalıdır”backend

Beynəlxalq Radio infomasiya cəhbəsində daha da fəal olmalıdır”

Artıq bir həftədən çoxdur ki,  Azərbaycanın televiziya məkanının əsas mövzusu Qarabağımızdan gələn qələbə xəbərləridir. KİV-lərdə çalışan müxbirlər, reportyorlar qaynar nöqtədən xoş xəbərlər çatdırmaqdadır. Gənc və peşəkar müxbirlərimizlə yanaşı, hazırda  cəbhə bölgəsində,  hələ birinci Qarabağ müharibəsini işıqlandıran Mirşahin Ağayev, Vahid Mustafayev, İlqar Mikayıloğlu və digər bu kimi peşəkarların reportajlarını görmək olur. Əlbəttə bütün bunlar Azərbaycan xalqını daha da ruhlandırır, qələbənin yaxın olduğuna əminlik yaradır.

Digər bir məsələyə də toxunmaq çox vacibdir,  televiziya və internet resursları ilə yanaşı  radiostansiyalar da informasiyaların yayılmasında mühüm yerə malikdir. Bu gün radionun arialı daha geniş və əl çatandı. Azərbaycanda yayımlanan radiostansiyaların fəaliyyəti təqdirə layiqdir. Hazırda respublika üzrə təxminən 12 radio stansiya fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti FM dalğasında yayımlanır. Qulaq asırıq və əhsən deyirik, çünki hər saat başı insanlarımız cəbhədən ən son yenilikləri radiodan eşidir,  dalğalardakı hərbi vətənpərvərlik mözuları və musiqiləri də alqışa layiqdir. Yəqin çoxlarınız bundan xəbərsizsiniz, amma Azərbaycan televiziyasının nəzdində beynəlxalq radio fəaliyyət göstərir. Bu, orta və qısa dalğalarda 9 dildə, ən əsası isə erməni dilində yayımlanan beynəlxalq radionun başlıca məqsədi Azərbaycanda baş verən həqiqətləri, cəbhədəki real hadisələri regionda yaşayan milli azlıqlara öz dilində çatdırmaqdır.  Qeyd edim ki, radionun erməni dilində yayımlanan verilişlərinə Dağlıq Qarabağ və Ermənistanda qulaq asmaq olur. Bəs AzTV-də beynəlxalq radionun maddi texniki bazasının, insan resurslarının zənginləşdirilməsi istiqamətində bu günə kimi hansı işlər görülüb və addımlar atılıb?

Bu gün beynəlxalq radionun əksər redaksiyalarında texniki avadanlıqlar gücləndirilməlidir. AzTV-də xəbər və analitik verilişlərin yeni studiyası çox gözəldir, amma bu günkü gündə ƏSAS MƏSƏLƏ Azərbaycana, xalqımıza bu informasiya müharibəsində vacib olan işlərlə məşğul olmaqdır. Aydın məsələdir ki, hazırki erməni rəhbərliyi, Paşinyan rejimi nəinki beynəlxalq ictimayyəti, həmçinin öz xalqını da aldatmaqda davam edir və bu gün Qarabağda gedən döyüşləri, cəbhədəki real vəziyyət məhz beynəlxalq radio vasitəsilə qarşı tərəfə, erməni əhalisinə düzgün çatdırıla bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*