Beynəlxalq Türk Akademiyası prezidentinin soyqırımla bağlı müraciəti yayıldıbackend

Beynəlxalq Türk Akademiyası prezidentinin soyqırımla bağlı müraciəti yayıldı

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə bağlı müraciət edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu müraciəti oxuculara təqdim edir:

“1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları Azərbaycanın fərqli bölgələrində minlərlə günahsız azərbaycanlını, gənc, yaşlı, uşaq və qadınları məqsədli şəkildə və vəhşiliklə qətlə yetirmişdir. Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Beynəlxalq Türk Akademiyası olaraq, soyqırımı qurbanlarına rəhmət diləyir, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, bir daha belə qeyri-insani əməllərin baş verməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*