Bilet Avropa, maaş Azərbaycan: ADY-nin “ağıllı vaqon, boş cib” siyasətibackend

Bilet Avropa, maaş Azərbaycan: ADY-nin "ağıllı vaqon, boş cib" siyasəti

Bakı-Tbilisi qatar marşrutunun bərpa olunması fonunda açıqlanan qiymətlər cəmiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub. Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin tətbiq etdiyi yeni tarif siyasəti və ictimaiyyətlə kommunikasiya forması ekspertlər və ictimai fəallar tərəfindən kəskin tənqid olunur. Ölkədəki mövcud sosial-iqtisadi reallıqlar nəzərə alınmadan Avropa standartlarının əsas gətirilməsi təyin olunan qiymətlərin məntiqini sual altına qoyur.

KONKRET.az xəbər verir ki, “Borçalı” İctimai Birliyinin sədr müavini Arzuman Nəbiyevin sözlərinə görə, qurumun qiymət siyasəti artıq sosial narazılıq yox, açıq-asgkar istehza mövzusuna çevrilib: “Əvvəlcə mediaya 80 manatdan başlayır mesajı ötürüldü. Bu, klassik psixoloji hazırlıq idi. Necə ki, metropolitendə səhər saat 5:00-da tunelə boş qatar buraxıb sistemi yoxlayırlar, ADY də cəmiyyətin reaksiyasını yoxladı. İnsanlar sevincdən nə etiraz etdi, nə də narazılıq bildirdi, amma sonra gördük ki, bu hələ başlanğıc imiş. İndi artıq Bakı–Tbilisi istiqaməti üçün açıqlanan qiymətlər bizim vəziyyətimiz üçün, daha doğrusu cibimiz üçün nə qədər absurddur. Oturaraq səfər etmək üçün 81 manat tələb olunur. Bu, sadəcə oturacaq və ya yataq yeri üçün deyil, vətəndaşın səbrini test etmək üçün qoyulmuş qiymətə bənzəyir. Kupe və SV qiymətlərinin hələ tam açıqlanmaması isə ayrıca sual doğurur. Əgər ən sadəsi belədirsə, deməli digər kupe və SV variantları orta statistik vətəndaş üçün ümumiyyətlə nəzərdə tutulmayıb”.

Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir... » Elm.info.Az | "ELM" İnformasiya Mərkəzi

O, qeyd edib ki, qiymətlərin Avropa standartları ilə əsaslandırılması cəhdi ölkədəki mövcud gəlirlərlə və sosial vəziyyətlə tamamilə təzad təşkil edir: “Ən ironik tərəfi isə budur ki, bu qiymətlər Avropa standartları adı altında əsaslandırılmağa çalışılır. Avropa standartı yalnız bilet qiyməti deyil. Avropa standartı maaşdır, sosial təminatdır, alıcılıq qabiliyyətidir. Azərbaycanda minimum əməkhaqqı 400 manat olduğu halda, bir nəfərin gediş-gəliş üçün yüzlərlə manat ödəməsi hansı məntiqlə izah olunur? İnsanlar ay ərzində kommunal, ərzaq və kirayə xərclərini güclə qarşıladığı halda, qatar bileti niyə lüks xidmət səviyyəsinə qaldırılır? Dəmir yolu infrastrukturunun yenilənməsi, vaqonların modernləşdirilməsi əlbəttə müsbət addımdır və bunu heç kim inkar etmir. Amma infrastrukturun yükünü vətəndaşın cibinə bu qədər kobud şəkildə yükləmək qəbuledilməzdir. Dövlət şirkəti kommersiya qurumu kimi davranıb maksimum qazanc dalınca qaçırsa, o zaman sosial məsuliyyət anlayışı harada qalır? Ən təhlükəli məqam isə budur ki, ADY qiymətləri mərhələli şəkildə cəmiyyətə qəbul etdirməyə çalışır. Əvvəl aşağı rəqəm önə çıxarılır, əsas qiymətlər gizlədilir, sonra isə artıq qərar verildi mesajı təqdim olunur. Bu yanaşma şəffaflıq deyil, ictimai rəyi idarə etmək cəhdidir. Əgər qatar təyyarə ilə rəqabət aparmaq əvəzinə təyyarədən baha və ya yaxın qiymətə xidmət göstərəcəksə, onda vətəndaş niyə saatlarla yol getsin? Qatar rahat və əlçatan nəqliyyat vasitəsi olmalıdır, elit xidmət yox. Bu qiymət siyasəti davam etsə, İlqar İlkinin sözü olmasın, yeni vaqonlar boş qala bilər, amma vətəndaşların narazılığı dolub-daşacaq”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*