Bill Qeyts koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq etdibackend

Bill Qeyts koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq etdi

Dünyada hələ də koronavirusun ən təhükəli ştamının olma ehtimalı var.

KONKRET.az xəbər verir ki, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Daha da yoluxucu və ölümcül bir variantla (COVID-19) qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, amma pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik”, – Qeyts deyib.

Milyarderin fikrincə, əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qrup yaratmaq lazımdır.

O, ölkə liderlərini sağlamlıq böhranına diqqətlə baxmağa və gələcək pandemiyanın qarşısını almaq üçün investisiyaları artırmağa çağırıb.

Daha əvvəl Bill Qeyts vurğulayıb ki, əgər elm adamları daha əvvəl müalicə icad edə bilsəydilər, COVID-19 pandemiyası başqa cür ola bilərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*