Binəqədi-Novxanı yolunda ağır qəza – VİDEObackend

Binəqədi-Novxanı yolunda ağır qəza - VİDEO

Binəqədi-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza zamanı mişar daşı ilə yüklü olan 50-BO-630 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın aşıb.

Hadisə nəticəsində yük maşınında olan mişar daşı yola dağılıb və avtomobil yolunun bir hissəsi bağlanıb.

Qəzadan sonra Binəqədi-Novxanı yolunda və əks istiqamətdə tıxac yaranıb.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.

Qəzanın səbəbləri araşdırılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*