Dünyada son 24 saat ərzində 83465 nəfər yeni növ koronavirusa yoluxub, 6539 nəfər ölüb.
Beləliklə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının ümumi sayı 3672 238-ə, ölənlərin sayı isə 254045 nəfərə çatıb.
KONKRE.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.Bildirilib ki, hazırda yoluxma hallarının əksəriyyəti hələ də Avropa məkanında qeydə alınıb – 1542829.