“Bir millət, iki dövlət” – Türkiyədən Azərbaycana dəstək – VİDEObackend

“Bir millət, iki dövlət” - Türkiyədən Azərbaycana dəstək - VİDEO

Ankaranın simvollarından biri olan “Atakule” qülləsində Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

KONKRET.az xəbər verir ki, bundan əlavə qüllədə “Can Azərbaycana sevgilərlə” və “Bir millət, iki dövlət” sözləri yer alıb.

Bu addımı ilə qardaş Türkiyə dünyada koronavirusun tüğyan etdiyi bir dönəmdə Azərbaycanın yanında olduğunu bildirib.

Xatırladaq ki, iki gün öncə aprelin 11-də Azərbaycanda koronavirusdan əziyyət çəkən Türkiyəyə dəstək ifadə etmək məqsədi ilə Heydər Əliyev Mərkəzinin üzərində qardaş ölkənin bayrağı görüntülənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*