Azərbaycanda tələbə özünü güllələyərək öldürüb.
KONKRET.az Qafqazinfo.az-ya istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nihad Məmmədli yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evdə intihar edib.
O, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi olub.
***
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Nihad Məmmədli vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Tələbənin vəfat səbəbi açıqlanmayıb.
Qeyd olunur ki, N.Məmmədli AzTU-nin informasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi olub.//“Qafqazinfo”