Bişkekdə etirazlar davam edir:  Xəsarət alanların sayı 700-ü keçdibackend

Bişkekdə etirazlar davam edir: Xəsarət alanların sayı 700-ü keçdi

Qırğızıstanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 768-ə çatıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı “İnterfaks” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 550-si ambilator müalicəyə buraxılıb, 218-i xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, toqquşmalar zamanı bir nəfər ölüb.

Xatırladaq ki, dünən etirazçılar həbsdə olan eks-prezident Almazbek Atambayevi və sabiq baş nazir Sapar İsakovu həbsxanadan azad ediblər. Bundan başqa, nümayişçilər parlamentin, Bişkek meriyasının və hökumət binalarını ələ keçiriblər.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*