“Biz Azərbaycanyönümlü mövqeyimizi dərinləşdirəcəyik” – Nairi Sarkisyanbackend

"Biz Azərbaycanyönümlü mövqeyimizi dərinləşdirəcəyik” - Nairi Sarkisyan

“Ermənistan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulur. Bu gün hakimiyyətdə müşahidə olunan bütün proseslər göstərir ki, bu, Moskvaya qarşı sanksiyalara qoşulmağa hazırlıqdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan Ermənistan telekanalının siyasi tok-şousunun efirində deyib.

O, daha sonra vurğulayıb: “Təbii ki, Rusiya daxili tələbatını fərqli şəkildə, məsələn, Türkiyə vasitəsilə ödəyəcək. Qərb İrəvan qarşısında şərtlər qoyub və Ermənistan da iqtisadiyyatının ziyanına olsa da, buna razı olub.

Siyasi nöqteyi-nəzərdən bütün bu addımların nəticəsi o olacaq ki, biz Rusiyadan daha çox Azərbaycanyönümlü mövqeyimizi dərinləşdirəcəyik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*