Paşinyan bildirib ki, İrəvan separatçıların ümidlərini doğrultmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib.
“Öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri bütün Qarabağ münaqişəsi boyu mövcud olub.
Əgər siz öz müqəddəratını təyinetmə məsələsini qaldırırsınızsa, deməli, siz nəyinsə bir hissəsisiniz. Və biz bu reallığı nəinki yaratmışıq, həm də onu sementləşdirmişik. Bununla biz özümüzü və Qarabağ xalqını aldatmışıq”, – deyə Paşinyan təəssüfünü gizlətməyib.
Xuraman Etibarlı,
KONKRET.az
İkinci Qarabağ savaşında Rusların hiləsinə aldanmadan Xankəndi və 3 rayonu azad etsəydik erməni problemi biryolluq həllini tapardı təsüfki aldandıq