“Biz təkbətək vuruşub, bütün Ermənistan ordusunu məhv etdik” – Arayikin cəhdləri əbəsdirbackend

"Biz təkbətək vuruşub, bütün Ermənistan ordusunu məhv etdik" - Arayikin cəhdləri əbəsdir

“Arayik Arutyunyanın Paşinyanın imzaladığı müqaviləyə qarşı çıxma səlahiyyəti yoxdur”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Aqil Abbas bildirib.

Deputat qeyd edib ki, Arayik Arutyunyanı razı salmaq elə də çətin deyil: “Elə edərik ki, Arayik Arutyunyan Xankəndindən qaçar. Necə etmişdik. Sadəcə imkan verdik ki, adam kimi təslim olsun. Biz onları adam edə bilmərik. Amma sülhə məcbur edəcəyik. Sülhməramlılar da bir tərəfdən. Sülhməramlılar orada bu işi görməlidir. Görməsələr, eybi yox, Azərbaycan Ordusu görər.

Ermənilər elə bilir ki, rus xalqı gəlib, onların yerinə döyüşəcək və öləcək. Çünki onlar hər zaman qucaqlarda oturublar. Amma bu dəfə qucaqda otura bilmədilər. Çünki Putin əvvəldən bildirdi ki, müharibə Azərbaycanın ərazisində gedir. Azərbaycanın öz ərazilərini işğaldan azadetmə hüququ var. Bununla da Putin məsələyə nöqtə qoydu və bildirdi ki, gedin, məsələnizi təkbətək həll edin. Biz təkbətək vuruşduq. Necə ki, Ali Baş Komandan bildirdi kİ, kişisinizsə, çıxın, təkbətək vuruşaq. Biz təkbətək vuruşub, bütün Ermənistan ordusunu məhv etdik. Rəqəmlərə nəzər yetiriləndə hər şey bəlli olur. Bu gün kimlərsə Paşinyanın imzasına etiraz edə bilər. Necə ki, İrəvanda bu gün qırğın gedir. Erməni separatçılarını Dağlıq Qarabağdan çıxarmaq üçün bizim bir hərbi hissəmizin əsgəri bəs edər. Bu gün bu missiya sülhməramlıların üzərindədir. Əgər onlar etməsə, biz edərik”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*