Türkiyənin pop ulduzu Demet Akalın “Survivor” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, müğənni dünən oyundan çıxan Ezgi Hocaoğlunun buna layiq olduğunu bildirib.
Akalın paylaşımında “Pərviz, intiqamın alındı, bizi bağışla” sözlərini yazaraq, idmançıdan üzr istəyib.
Xatırladaq ki, səsvermə zamanı Pərviz 6-cı yerdə qərarlaşmış və yarışmadan uzaqlaşmışdı. Həmin gün ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığmışdı.

