Bjaniya Abxaziyanın İttifaq dövlətinə qoşulmağa hazır olduğunu elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “prezident” Aslan Bjaniya rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.
O bildirib ki, Abxaziya Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmağa hazırdır,
“Rusiya, Belarus və bu ittifaqa qoşulmaq istəyən digər dövlətlər kimi bir perspektiv varsa, biz bu ideyanı məmnuniyyətlə dəstəkləyərdik və bu dövlətin tamhüquqlu üzvləri olardıq. İttifaq dövləti ideyası bizə yaxındır, Abxaziya xalqına yaxındır, bu bizim milli maraqlarımıza uyğundur”, – Bjaniya deyib.
Onun sözlərinə görə, Abxaziya birqütblü dünyanın dağıldığı yeni reallıqlarda Rusiya Federasiyası ilə güclü ittifaqın zəruriliyini anlayır.
“Ukraynada xüsusi əməliyyat uğurla başa çatdıqdan sonra tamamilə fərqli bir reallıq gələcək. Və kimin özünü Rusiyanın əsl dostu kimi göstərdiyinə əsaslanaraq, İttifaq dövlətinin yeni konturu yaradılacaq”, – deyə Bjaniya vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
