BMT Baş katibi Kiyevdə olarkən şəhərə raket zərbəsi endirildibackend

BMT Baş katibi Kiyevdə olarkən şəhərə raket zərbəsi endirildi

BMT baş Katibi Antonio Quterreşin Kiyevə səfəri zamanı şəhərə raket zərbəsi endirilib.

KONKRET.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski gündəlik video müraciətində bildirib. Qeyd olunub ki, ötən axşam paytaxta raket zərbələri endirilərkən baş katib Kiyevə səfərini yekunlaşdırmaq üzrə olub.

“Bu gün bizim (Quterreşlə-red.) danışıqlarımız bitdikdən dərhal sonra şəhərə Rusiya raketləri uçdu. 5 raket. Bu Rusiyaın qlobal institutlara qarşı həqiqi mövqeyi, Rusiya rəhbərliyinin BMT-ni və onun təmsil etdiyi hər şeyi alçaltmaq səyləri barəsində çox şey deyir”, – deyə Zelenksi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*